Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
***
Əməkdar artist Cabir İmanov vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
"AzPolitika.info"

Şərhlər
Allah rəhmət eləsin məkanı cənnət olsun hörmətli aktyorumuzun