Menu

Bakı Xoreoqrafiya Akademiyasına yeni prorektor təyin olundu

29.09.2025, 15:57
Bakı Xoreoqrafiya Akademiyasına yeni prorektor təyin olundu

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat yayıb.

Qeyd edək ki, BXA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova 2017–2020-ci illərdə Akademiyanın Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim kimi çalışıb. 2021-ci ildən etibarən BXA-nın Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi, 2022-ci ildən isə Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini icra edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol