Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.
Saytın digər məlumatına görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.
Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.
Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R.Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Şərhlər
Millyonnari yeyenlere capib talayanlara , Kim qòz yumur? Ve niye?
Qeneralin 1 mın hardandi ? Bır sorush an olacaq !!!!!!!!!!!! Bu nediyeeeeeeee?!!!!! Kim sorush aca q?ne vaxta kımı bele olacaq ?!!!
39 yaşında general olar ? dövlət işində çalışan adamda 1 milyon haradandır ?
Oğrudan oğruya halaldır.bir soran yoxdur ki,bu FH-ninişçisinəbu milyonlar haradan olu.bu pulun mənbəi nədir? Niyəbuməsələyodiqət verilmir?səbəb nədir? Abutalıbov beləgetdi.Ziya FazilMəmmədovlar eləgetdi,Mahmudov orda yaddan çıxdı,indiki juliklər isə kölgədə gizlədilir..Bu necə idarəçilik,necə üsul idarədir?Sadə xalq yaşam çırpıntısında.bunlar milyonlar yığır.mənimsəyir.özəlləşdirir.xarici ölkələrə qaçırırlar.Sanki hakimiyyətin bundan xəbəri olmur.