Menu

Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

11.10.2025, 15:17
Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1 400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) "Başneft-UNPZ" neft emalı zavoduna zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

"Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda - Ukraynadan 1 400 kilometr məsafədə - üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər", - mənbə qeyd edib.

Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq və yanacaq-sürtkü materialları ilə təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol