Menu

Su altında qalmış kənd yenidən üzə çıxdı – Tarixi tikililər göründü + FOTOLAR

29.11.2026, 15:55
Su altında qalmış kənd yenidən üzə çıxdı – Tarixi tikililər göründü + FOTOLAR

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda maraqlı mənzərə yaranıb. “Karakurt” Su Elektrik Stansiyasının (SES) su anbarında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində illər əvvəl sular altında qalmış Karakurt kəndi yenidən görünməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, rayon mərkəzindən təxminən 28 kilometr məsafədə yerləşən su anbarı Türkiyənin Dövlət Su İşləri Baş İdarəsi (DSİ) tərəfindən inşa edilib. Anbar 2020-ci il fevralın 8-də su ilə doldurulmağa başlanıb. Bu proses nəticəsində Karakurt kəndi tamamilə su altında qalıb.

Lakin son günlər su anbarında səviyyənin nəzərəçarpacaq dərəcədə azalması və bəndin qapılarının qismən açılması ilə mənzərə dəyişib. Suların geri çəkilməsi kəndin əvvəllər görünməyən hissələrini üzə çıxarıb. Belə ki, yaşayış evləri ilə yanaşı, kəndin məscidi, kilsəsi və bir sıra tarixi tikililəri də yenidən göz önünə gəlib.

Qars–Ərzurum avtomobil yolunun yaxınlığında yerləşən ərazidə yaranan mənzərə diqqət çəkib. Uzun müddət suyun altında qalan kəndin qalıqları dron vasitəsilə havadan lentə alınıb.

Karakurt kəndinin yenidən üzə çıxması bölgədə maraq doğurub. Suların çəkilməsi nəticəsində ortaya çıxan tikililər bir tərəfdən kəndin keçmiş həyatından izləri xatırladır, digər tərəfdən isə ərazinin əvvəlki görünüşünü əks etdirən qeyri-adi mənzərə yaradır.

Həmin görüntüləri təqdim edirik:






Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol