Menu

Oğuzda avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb

12.10.2025, 22:19
Oğuzda avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb

Oğuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol