Menu

Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcək

13.10.2025, 10:38
Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcək

İsrail Prezidenti İsaak Hersoq amerikalı həmkarı Donald Trampa Qəzzadan girovların azad edilməsinin təmin edilməsində və müharibənin dayandırılmasında köməyinə görə ölkənin ən yüksək mülki mükafatını təqdim edəcək.

"Report"un "Əl-Ərəbiyə"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Prezidentinin ofisi tərəfindən yayılmış bəyanatda deyilir.

"Donald Trampa mükafatı təqdim etmək mənim üçün böyük şərəf olacaq", - İ.Hersoq qeyd edib.

İsrail Prezidenti bildirib ki, mükafat yaxın aylar ərzində təqdim ediləcək və o, bu gün qərarını Trampla bölüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol