Bu gün SEPAH briqada generalı Əlirza Əfşar ürək tutmasından dünyasını dəyişib.
Əfşar İran-İraq müharibəsi (1980–1988) zamanı SEPAH-ın Mərkəzi Qərargahına rəhbərlik edib, sonradan 1989–1997-ci illərdə yarıhərbi radikal “Bəsic” könüllü qüvvələrinin komandanı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, general ölümündən bir neçə gün öncə 12 günlük müharibə ərəfəsində İsrailə xəbərdarlıq edərək bildirmişdi: “İsrail İslam Respublikasının nüvə obyektlərinə qarşı ən kiçik addım ata bilməz”.
"AzPolitika.info"


Şərhlər