Menu

Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür

16.10.2025, 13:27
Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür

Barəsində Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvü olaraq qalır.

“AzPolitika” xəbər verir ki, onun adı qurumun rəsmi saytında yerləşdrilmiş Təhlükəsizlik Şurasının üzvləri sırasında göstərilir.

O, Prezident İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Şura tərkibinə daxil edilib.

Qeyd edək ki, Mehdiyev Şuranın yeganə üzvüdür ki, hazırda heç bir dövlət qurumuna rəhbərlik etmir, onun adı fərdi qaydada əlavə olunub. R.Mehdiyevin sözügedən qurumdan kənarlaşdırılması ölkə başçısının səlahiyyətindədir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Roma 2025-10-16 16:52:23

"Hörmətli" akademik bir vaxtlar "Korrupsiyaya qarşı mübarizə" Komissiyasınin də sədri idi və ona görə də Respublikada korrupsiya deyilən bir şey "yox" idi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol