Menu

Bakıda polis 3 "polisi" həbs etdi

24.12.2014, 12:58
Bakıda polis 3 "polisi" həbs etdi

Paytaxtda özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər həbs edilib.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Yasamal rayonu, Əhmədbəyov küçəsi-37 ünvanının qarşısında özlərini polis əməkdaşı kimi təqdim edən və şəxsiyyəti məlum olmayan üç nəfər Bakı şəhər sakini, Balacaxanım Qafarovaya hədə-qorxu gələrək ondan 80 manat pul alıblar.

Hadisəni törədənlərin mülki şəxslər - Bakı şəhər sakinləri Ehsan Şükürov, Əlihüseyn İmanov və Abdulla Fətullayev olduğu məlum olub və onlar saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol