Menu

"Coca Cola" 2000 nəfəri işdən çıxarır

24.12.2014, 13:02
"Coca Cola" 2000 nəfəri işdən çıxarır

Bu il maliyyə gəlirləri kəskin azalan Coca Cola şirkəti 2000 nəfəri işdən çıxarmağa hazırlaşır.

Musavat.com-un məlumatına görə, şirkət artıq “qənaət planı”nı işə salıb. “Qənaət planı”na əsasən 2000 nəfər işdən azad ediləcək, şirkətin rəhbərliyinə daxil olan işçilər isə xidməti limuzinlərdən istifadə etməyəcək. Bunun əvəzinə onlar taksi xidmətindən istifadə edəcək.

Bundan başqa, baha başa gələn yeni il şənlikləri də təşkil olunmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol