Menu

"Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər" - Qətər XİN

19.10.2025, 09:04
"Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər" - Qətər XİN

Əfqanıstan və Pakistan nümayəndələri oktyabrın 18-də Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda sərhəddə dərhal atəşkəs barədə razılığa gəliblər.

"Report"un xəbərinə görə, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Danışıqlar raundu zamanı tərəflər dərhal atəşkəs və iki ölkə arasında sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər", - paylaşımda qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol