Menu

Türk əsgərləri Qəzzaya girəcək? - Netanyahu cavabladı

22.10.2025, 16:14
Türk əsgərləri Qəzzaya girəcək? - Netanyahu cavabladı

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ-nin vitse-prezidenti J.D Venslə görüşündə Türkiyəni də ciddi narahat edən tənqidi mesajlar verib.

Jurnalistlərin Türkiyənin Qəzzada mümkün bir varlığının olub-olmayacağı ilə bağlı suallarını cavablandıran Netanyahu,

"Bu mövzuda qərar əlbəttə ki, İsraillə birgə veriləcək. Bu mövzuda çox dəqiq fikirlərim var", - deyib.

Görüşün ardından Netanyahu deyib: "Bir həftə İsrailin ABŞ-yə nəzarət etdiyi deyilir, gələn həftə ABŞ-nin İsrailə. Bu tamamilə cəfəngiyyatdır. Biz ortaq dəyərləri və hədəfləri paylaşan iki ölkəyik. Keçən il biz təkcə məqsədlərlə bağlı deyil, həm də onlara necə nail olacağımızla bağlı razılığa gəldik”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol