Prezident Kitabxanasında Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və “elmi irsini” əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” (https://ramizmehdiyev.preslib.az/) bölməsinə giriş bloklanıb

“AzPolitika” xəbər verir ki, sözügedən bölmə 2018-ci ildə yaradılıb və bu günlərə qədər istifadəçilərə açıq olub. Bölmədə onun bioqrafiyası, məqalələri, yazdığı kitablar yerləşdirilib və bu istiqamətlərdəki fəaliyyətinə dair informasiyalarla yenilənib.

Oktyabrın 15-də Mehdiyevin dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq məsuliyyətə cəlb olunması və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsindən sonra onunla bağlı bir sıra qərarlar qəbul edilib.

Onlardan biri də Ramiz Mediyevlə bağlı məlumatların rəsmi saytlardan yığışdırılmasıdır.  

“AzPolitika.info”