Menu

“Kontakt Home”un 7.6 milyon vergi borcu var - Sanksiyalar nəzərdə tutulur...

27.10.2025, 16:25
“Kontakt Home”un 7.6 milyon vergi borcu var - Sanksiyalar nəzərdə tutulur...

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.

“AzPolitika” bildirir ki, bu barədə ”İqtisadiyyat.az” kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, “ABC-Telecom”un Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7, 672, 122.25 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.

“AzPolitika.info”

Şərhlər

Tahir 2025-10-27 20:40:54

Kontakt homenin sahibi Elnur Allahverdiyev erməni əsillidir. Atası Marat Allahverdiyev Ayaz Mütəllibovun vaxtında ən yüksək vəzifəlilətdən biri olub. Zərdabdan deputat da təyin edilib. 80 -ci illərin sonunda Heydər Əliyevin əleyhinə ən geniş təbliğat aparanlardan, Ulu öndərə patoloji nifrəti olan amillərdəndir. Ramiz köməyi ilə Elnur deputat da seçildi. Araşdırın....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol