Menu

Qarabağdan qaçan ermənilər Ukrayna çöllərində ölür – Bloger erməni generallarını ittiham etdi

27.10.2025, 17:54
Qarabağdan qaçan ermənilər Ukrayna çöllərində ölür – Bloger erməni generallarını ittiham etdi

Qarabağdan qaçan ermənilər kütləvi şəkildə Rusiya işğalçı ordusuna cəlb edilir.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış erməni bloger Roman Baqdasaryan öz səhifəsində paylaşım edib. Baqdasaryan yazıb ki, Qarabağdan qaçan qondarma erməni generalları öz həmyerlilərini pul müqabilində rus ordusuna cəlb etməklə məşğuldurlar. Şuşadan gedən 1988-ci il təvəllüdlü Ayk Edikoviç Danielyanı hazırda anası axtarır. Onu sonuncu dəfə Kurskdakı Rusiya hərbi hissəsində görüblər.

Baqdasaryan Ukraynada itkin düşən daha bir Qarabağdan gedən erməninin adını açıqlayacağını yazıb: “Təəssüf ki, Qarabağdan gedən gənclərin cəlb edilməsi davam edir. Onlar(erməni generallar-red.) insanları Putini müdafiə etməyə göndərir və başqalarının faciəsi hesabına varlanırlar”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol