Menu

Balıkesirdəki 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb

28.10.2025, 00:38
Balıkesirdəki 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.

Zəlzələ nəticəsində vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol