Menu

Türkiyədə yeni neft yataqlarının qazıntısına başlanılıb

24.12.2014, 18:41
Türkiyədə yeni neft yataqlarının qazıntısına başlanılıb

Türkiyənin 5 bölgəsində yerləşən 11 müxtəlif sahədə neft çıxarılması üçün qazıntı işlərinə başlanılıb.

APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, ilk mərhələdə 1300 metr dərinliyində zondlama işləri gerçəkləşdirilib.

Hazırda Türkiyənin quruda 1 milyard 640 min ton neft ehtiyatına malik olduğu, yeni axtarışlar nəticəsində bu ehtiyatın 15 milyard tona çatacağı bildirilir.

Onuncu İnkişaf Planı (2014-2018) çərçivəsində həyata keçirilən qazıntı və tədqiqatların 2016-cı ilə qədər yekunlaşması nəzərdə tutulur.

Əsas neft ehtiyatı olan bölgələr Bolu vilayətinin Göynük, Ankaranın Beypazarı və Nallıhan, Konyanın Ereğli və Niğdenin Bor bölgəsi hesab olunur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol