Menu

"Ai-95" benizinin istehsalı dayanacaq? - Ekspert SOCARA-a sorğu göndərib

05.11.2025, 21:06
"Ai-95" benizinin istehsalı dayanacaq? - Ekspert SOCARA-a sorğu göndərib

Mediada gələn ilin büdcə layihəsinə istinad edilərək yayılan məlumatlara görə, 2026-cı ildən Azərbaycanda yüksək oktanlı benzin istehsalı yenidən dayanacaq.

İqtisadçı İlham Şaban bildirir ki, bu məlumatın əsası yoxdur. 

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində birbaşa belə bir fikir yoxdur: "İkinci bir tərəfdən, bu il rəsmi statistikada belə göstərilir ki, Azərbaycanda Ai-95 markalı benzinin istehsalı həyata keçirilir və ilin ikinci yarısından az həcmdə də olsa belə, onun ixracına da başlanılıb".

Ekspert bu barədə SOCAR-a sorğu ünvanladığını deyir: "Cavab aldım ki, "Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avro-5 keyfiyyət standartlarına uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir və gələn ildə də bu növ neft məhsullarının istehsalı davam etdiriləcək".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol