Etibar ƏLİYEV

8 NOYABR ZƏFƏR BAYRAMI: 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkbaşına qərar vermək istəyini bütün dünyaya elan etməsi, Şuşada Müqəddəs Bayrağımızın ucaldığı, 15 oktyabr 2023-cü il tarixində Xankəndinə daxil olan, tam və qəti qələbə qazanan Ordumuzun misilsiz Sücaət tarixidir.

Bizi istəməyənlərin niyyətlərinin puç olduğu və qafalarının qırıldığı bir tarixdir. Noyabrın 8-ci günü 30 illik işğala 44 gündə son qoyan Zəfərin əbədiyaşar yaddaşıdır.

Xalq bu xoşbəxt anlara ölkənin gənc övladlarından təşkil olunan peşəkar ordu sayəsində qovuşub. Ona görə də 8 Noyabr xalqın ordusu üçün bayram etdiyi, xilaskarını və himayəçisini dönə-dönə bağrına basdığı gündür.

8 Noyabra ancaq azadlıq və güclü xarakter arzusunda olan insanların istəklərinə çatmasını istəməyən şəxslər düşmən münasibəti bəsləyə bilərlər.

Hərbi Parad böyük yaddaşa və şücaətə malik olan bu qəhrəman xalqın haqqıdır. Böyük dövlət xadimlərinin yarımçıq işləri olmur. Bu paradiqma bizim Liderimiz üçün xarakterikdir. İlham Əliyevin və qəhrəman Ordumuzun sayəsində yeni Qarabağ səlnaməsi yazıldı.

Böyük alman filosofu Maks Şelerə görə müharibə - dövlət üçün imtahandır və imtahanın gedişində aydınlaşmalıdır: həqiqətənmi dövlət ictimai iradəni ifadə edir! "Müharibə hər bir fərdin obrazında bütövlük, ləyaqət və qururu ortaya çıxaran həqiqət anıdır."

Azərbaycan öz rəhbərinin iradəsı və intuisiyası sayəsində Dövlət İmtahanından “əla” qiymət aldı.

Bəli, biz 8 Noyabrda həqiqət anına qovuşduq...

Allah Şəhidlərimizə rəhmət eləsin.

Qazilərimizə Allahdan şəfa diləyirəm…

Yaşasın Müzəffər Ali Baş Komandan!

Eşq olsun Qəhrəman Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Müstəqilliyimiz və suverenliyimiz əbədidir, dönməzdir!

Yaşasın Sülh...