Menu

ABŞ İordaniya hərbi təyyarəsinin “İŞİD” tərəfindən vurulduğunu təkzib etdi

25.12.2014, 08:56
ABŞ İordaniya hərbi təyyarəsinin “İŞİD” tərəfindən vurulduğunu təkzib etdi

“İŞİD” terrorçu qruplaşmasının silahlıları İordaniyaya məxsus hərbi təyyarəni vurmayıblar, pilot qəza nəticəsində ekstremistlərin əlinə keçib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mərkəzi komandanlığı (CENTCOM) açıqlama yayıb.

“İordaniya hərbi-hava qüvvələrinə məxsus F-16 təyyarəsi Suriyanın şimalında Rakka şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot isə “İslam Dövləti” tərəfindən ələ keçirilib”, açıqlamada qeyd olunur.

Bununla əlaqədar CENTCOM-un başçısı, general Lloyd Ostin deyib ki, ABŞ İordaniyalı pilotun sərbəst buraxılmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək. “İŞİD”lə mübarizədə İordaniya ABŞ-ın dəyərli tərəfdaşıdır”, deyə L.Ostin vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol