Menu

"Buna görə Rusiya sülhməramlılarının heç bir statusu olmadı..." - Nazir AÇIQLADI

09.11.2025, 00:45
"Buna görə Rusiya sülhməramlılarının heç bir statusu olmadı..." - Nazir AÇIQLADI

2020-ci ilin dekabrında Azərbaycan və Rusiyanın sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.

Bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi: "Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".

Şərhlər

Roma 2025-11-09 09:07:33

Dünyada olan bütün bəlaların ən azından 50%-i Rusiyaya məxsusdur. İndinin özündə də tarixən qəsb etdiyi Xalqların, Millətlərin torpağları hesabına, onların və eləcə də hələ də keçmiş SSRİ-dən qopmuş respublikaların təbii sərvətləri hesabına kimə gəldi XOX gəlir. Rusiya bütün dünyaya bir bəladır və nə qədər tez dağılsa bir o qədər yaxşı olar...Yəqin ki, yaxın zamanda biz bunu görəcəyik...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol