Menu

Ərdoğanın qızından Gülənə atmaca

25.12.2014, 09:09
Ərdoğanın qızından Gülənə atmaca

"Bu, bir insanın dostunu arxadan bıçaqlaması kimi bir haldır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan “Yeni Türkiyənin qadınları” adlı kitabdakı müsahibəsində bir sıra açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Sümeyyə Ərdoğan baş nazirin və AKP ümumi sədr müşavirliyi vəzifələrində işləyərkən heç bir maaş almadığını bildirməyə utandığını söyləyib. Bundan başqa o, Araklı İmam Hatib məktəbində oxuyarkən də kimin qızı olduğunu gizlədiyini qeyd edib.

Müsahibə əsnasında xanım Ərdoğandan 17-25 dekabr dövlət çevrilişi cəhdlərini izah etmək istənilib.

“Mənə görə 17-25 dekabr dövlət çevrilişi cəhdləri qanun, hüquq tanımayan azğın birinin qaranlıq əlaqələr quraraq öz pis əməlləri üçün içində yetişdiyi cəmiyyətə və mənsub olduğu dinə xəyanət etməsidir. Bu, bir növ, bir insanın dostunu arxadan bıçaqlaması kimi bir haldır” deyə S.Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol