Menu

Azərbaycan nefti ucuzlaşıb

25.12.2014, 10:45
Azərbaycan nefti ucuzlaşıb

AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 55,84 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,45 dollar ucuzlaşaraq 60,24 dollar olub.

Dekabrın 24-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 60,88 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, dekabrın 22-də qeydə alınmış qiymətdən 0,53 dollar azdır.

Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 100 dollardan götürülüb. Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə isə, qiymət orta hesabla 103,89 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol