Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə üzrə 10 yeni məscidin tikintisini nəzərdə tutan prosesə start verdiyi iddia olunur.
Türkiyə KİV-lərinin məlumatına görə, məscidlərin beşi Türkiyə sərhədinə yaxın bölgələrdə, digər beşi isə böyük şəhərlərdə inşa ediləcək.
Erməni hökumətinə yaxın mənbələr, layihənin Prezident Rəcəb Tayyib Erdoğan tərəfindən təşviq olunduğunu bildirir. Mənbələrə görə, Ermənistan əhalisinin təxminən 98%-i xristiandır, buna baxmayaraq Paşinyan layihəyə müsbət yanaşır və artıq “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi” vasitəsilə maliyyə vəsaiti ayırıb.
Yeni məscidlərin tikintisinə bu ilin dekabr ayının əvvəlində başlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Ermənistanda fəaliyyət göstərən yeganə məscid – 18-ci əsrə aid Hüseynəli məscididir.
"AzPolitika.info"

Şərhlər
Yəni, Ermənistanda bir nəfər müsəlman varmı???...bəlkə də, onlara yaxın olan 5-3 fars ola olmaya...