Rus təhqiqatçıları MH17 reysli təyyarə qəzası ilə bağlı yeni şahid tapıblar. Şahid bildirib ki, ukraynalı bir pilot qəzadan əvvəl havaya raket atıb. İyulda bu qəza 298 nəfərin ölümünə səbəb olmuşdu. Xəbəri “Deutsche Welle” yayıb.
“Gizli şahid” Ukraynanın Dnepropetrovsk aerodromunda çalışırmış. Şahid iyulun 17-də “Sukhoi-25” qırıcı təyyarəsinin “havadan-havaya” tipli raketlə havaya qalxdığını, lakin raketsiz geri qayıtdığını bildirib. “Pilot güman ki, qorxudan, ya da qisas məqsədilə təyyarəyə raket atıb, ya da onu başqa təyyarə ilə səhv salıb”, - şahid deyib. Rusiyanın təhqiqat komissiyası bildirib ki, şahidin ifadəsi “Ukrayna ordusunun “Boinq-777” təyyarəsinin qəzasına səbəb olduğunu göstərən vacib sübutdur”.
MH17 reysli təyyarə Amsterdamdan Kuala Lumpura uçurmuş. Təyyarə Şərqi Ukraynda rusyönümlü separatçıların nəzarətində olan bölgədə qəzaya uğrayıb.
Rusiyanın martda Krımı anneksasiyasından sonra separatçılar Kiyev hökumətinə qarşı vuruşurlar. Ukrayna və Qərb Rusiyanı separatçıları “qurudan-havaya” tipli raketlə təchiz etməkdə günahlandırır. Rusiya isə təyyarənin yaxınlığında Ukrayna qırıcısının görünməsi ilə bağlı əks-fərziyyələr irəli sürür.
Sülh danışıqları
İyul faciəsində heç bir rus həlak olmayıb. Rus təhqiqatçıların qəza ilə bağlı rəsmi istintaq apardıqları indiyədək bildirilməmişdi. Holland hökuməti isə indiyədək qəzası ilə bağlı araşdırma aparır. Hazırda istintaqın tərkib hissəsi kimi təyyarənin bəzi qalıqlarını bərpa etməyə çalışırlar. İlkin nəticəyə görə, təyyarə xarici obyektin təsiri ilə parçalanıb.
Qeyd edək ki, təhqiqatçıların bəyanat verdiyi gün, dekarbın 24-də Belarusun paytaxtı Minskdə Ukrayna hökuməti ilə rusyönümlü separatçılar arasında sülh danışıqları aparılıb. /"eunews.az"


Şərhlər