Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azneftyağ" neft emalı zavodunu ləğv edib. ARDNŞ “Azərneftyağ” Neft Ealı Zvodunun Heydər Əliyev adına Bakı Neft Emalı zavodu ilə birləşdirildiyini elan edib.
Bunu ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov dekabrın 25-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, neft emalı zavodlarının fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edirdi və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunurdu.
X.Məmmədov qeyd edib ki, 2015-ci il yanvarın 1-dən iki NEZ-in – “Azneftyağ” və Heydər Əliyev adına zavodun birləşdirilməsi kütləvi ixtisarlara səbəb olmayacaq.
Onun sözlərinə görə, ixtisar yalnız rəhbər heyətə toxunacaq. Xaliq Məmmədov deyib ki, dəyişiklik Dövlət Neft Şirkətinin strukturlarının və idarələrinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Əsasən çoxmərhələli idarəçilik sistemindən birmərhələli sistemə keçilir. “Bundan sonra neft emalı bir mərkəzdən idarə olunacaq”, - o bildirib.
Hazırda “Azneftyağ” idarəetmə aparatında 198, Heydər Əliyev NEZ-də 200 nəfər çalışır.
Öz növbəsində SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov Turan-ın sualının cavabında 2017-ci ildən “Azneftyağ” zavodunun bağlanacağı barədə fikirləri təkzib edib. nOnun sözlərinə görə, bu məsələyə baxılmır. O bu cür fikirləri uydurma və subyektiv fikir adlandırıb.
“Azneftyağ” zavoduna tələbat qalır, çünki orada bitum, yağ, sürtkü yağı istehsal edilir”, - o bildirib.
Hər iki NEZ ən azı 2030-cu ilədək – Qaradağ rayonunda yeni neft-kimya, qaz-neft emalı kompleksi istismara verilənə qədər öz fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Azneftyağ” zavodunda cəmi 2038 nəfər çalışır.

Şərhlər