Menu

Pərviz Həşimli əfv üçün prezidentə müraciət etdi

25.12.2014, 16:11

perviz“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli əfv ərizəsi yazıb.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, P. Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

P. Həşimli Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol