“Vəhdət Partiyasının keçmiş üzvü mediada belə bir çuğullama yayıb ki, guya Tahir Kərimli deputat seçilmədiyinə görə hakimiyyətə münasibəti mənfiyə doğru dəyişib. Bu, böhtandır!”

“AzPolitika” xəbər verir ki, bunu sabiq deputat və Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli sosial şəbəkə hesabında yazıb.

“Mən deputatlıq dövründə də, ondan əvvəl və sonra da dövlətimin, xalqımın, mənəviyyatın müdafiəsi üçün hər zaman, istər təqdir, istərsə də tənqid şəklində eyni mövqedən çıxış etmişəm. Partiyamızın Prezidentin strateji xəttini müdafiə etmək qərarına əməl edirəm. Cənab İlham Əliyevi xalqımızın dəstəyi və ordumuzun gücü ilə son 200 ilin ən böyük qələbəsini qazanmış Müzəffər Ali Baş Komandan hesab edir və bunu yüksək qiymətləndirirəm”, - keçmiş deputat qeyd edib.

“AzPolitika.info”