Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
Bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə" Fərmanında əksini tapıb.
Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək AYNA-ya həvalə edilib.
Şuşada isə bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.
İndiyə qədər AYNA-nın vəzifələri sırasına yalnız Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək daxil olub.şdırmaq və idarə olunmasını təmin etmək daxil olub.

Şərhlər
Ayna avtobusların intervalını tənzimləmək çox çətinlik çəki. Belə ki ən çox seher saatlarında 172 marşrutunu sernişinsiz idare etdirir. Seher saatlarında 172 marşurutu un sürücüləri Koroğlu metrosundan monitorun söndürerek düz sonuncu dayanacağa qeder sernişin götürmədən gedir. Biz seher işə avtobusların ucbatından gecikirik. Bu əsasən tıxac olmayan vaxtlarda da olur.
Dayancaqların istismarı niyə xaricdə olduğu kimi Bələdiyyələrə verilmir? Böyük Yük və Məsuliyyət deməkdir. Texniki işlərin naviqasiya hissəsi AYNA-da qalan istismarına nəzarət isə Bələdiyyələrdə ola bilərdi. Ümumi işləməsinin cavabdeyiliyi isə seçkili qurum olan Bələdiyyədə olardı.