Menu

Müsavatın Məclis sədrinin kimliyi məlum oldu

25.12.2014, 18:37
Müsavatın Məclis sədrinin kimliyi məlum oldu

Müsavat partiyası Məclis sədrliyinə iddialı olan Sabir Məmmədli bu gün namizədliyini geri götürüb.

Bu barədə aznews.az-a Müsavat partiyasından məlumat veriblər.

Dekabrın 27-də keçiriləcək seçkidə Müsavat partiyası Məclis sədrinə iddialı olan digər ikinci namizəd Nüşabə Sadıqlı tək mübarizə aparacaq.

Sabir Məmmədli namizədliyini hansı səbəbdən geri götürməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, dekabrın 27-də baş tutacaq seçkidə 25-ə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini verib.

Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol