Menu

Erməni general beynəlxalq axtarışa verilib

01.12.2025, 16:43
Erməni general beynəlxalq axtarışa verilib

Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib.

"Report"un məlumatına görə, bu barədə Ermənistan KİV-ləri ölkənin Baş Prokurorluğuna istinadən bildirib.

Daha əvvəl KİV-lər bildirmişdi ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.

Digər təfərrüatlar açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol