Menu

"Bu, Avropanın təhlükəsizliyi üçün təhdiddir" - Lavrov

26.12.2014, 10:51

Russian FM Lavrov attends news conference in MoscowRusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın NATO-ya yaxınlaşması Avropanın təhlükəsizliyi üçün təhdiddir. O deyib ki, Qərb Kiyevi Atlantik Alyansa qoşmaqla Rusiya- Ukrayna qarşıdurmasını gərginləşdirməyə çalışır. Xəbəri "Reuters" yayıb.

Bu həftə Kiyev parlamenti NATO-ya yaxınlaşmaq məqsədi ilə Ukraynanın "İttifaqdan kənar statusunu" ləğv edib. Bu isə Moskvanın qəzəbinə səbəb olub. Həmçinin soyuq müharibədən sonra Rusiya ilə Qərb arasındakı ən pis qarşıdurmanı gərginləşdirib.

Lavrov aydınlıq gətirib ki, bu cür strateji sabiq Sovet ölkəsinin NATO üzvü olması Rusiya üçün birbaşa hərbi təhdiddir. "Bəzi Qərb ölkələri Ukraynanın Atlantik Alyansa qoşulması ilə bağlı təxribatçı addımlar ataraq Rusiya-Ukrayna qarşıdurmasını gərginləşdirmək istəyirlər. Ukraynanın NATO-ya qoşulması ideyası təkcə Ukrayna xalqı üçün deyil, həmçinin Avropanın təhlükəsizliyi üçün təhdiddir", - Lavrov televiziya çıxışında bildirib.

NATO Şərqi Avropada hərbi qüvvələrini artırıb. Alyans bildirir ki, Rusiyanın Şərqi Ukraynada separatçıları qızışdırması və onlara silah verməsi ilə bağlı əllərində sübut var. Moskva isə bütün ittihamları rədd edir, hazırda Kiyev hökuməti və separatçılarla birgə böhranın siyasi həlli yollarını araşdırdığını bildirir. /"eunews.az"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol