Dekabrın 25-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə vəsatət təmin edilib və o, azadlığa buraxılıb.“Yeni Müsavat”a daxil olan məlumata görə isə sabiq komandandan əvvəl həbsdə olan Hərbi Dəniz Qüvvələrinin zabitləri də azad olunublar.
Onlar vitse-admiralla cinayət əlaqəsinə girib külli miqdarda vəsaiti mənimsəməkdə suçlu bilinirlər. Belə məlumatlar var ki, Ş.Sultanov həbsdə keçirdiyi aylar ərzində “yuxarılar”a çıxış axtarıb və nəhayətdə qohumlarının vasitəsilə belə çıxışı əldə edib.
Yada salaq ki, vitse-admiralın Rusiya Müdafiə Nazirliyində yaxın qohumlarının çalışması barədə bir qədər əvvəl

“Şahin Sultanov qaçaqmalçılıq fəaliyyəti zamanı yaxalanarkən bir neçə dəfə məhz bu qohumların vasitəçiliyi ilə məsuliyyətdən yayındırılıb və ”sudan quru" çıxıb. Qohumlarının Rusiya MN-də işləməsi faktını da Şahin Sultanov dövlət orqanlarından gizlədib. Halbuki o, bu barədə müvafiq qurumları məlumatlandırmağa borclu idi", - deyə Məmmədov bildirmişdi.
Bu məlumatlar onu söyləməyə əsas verir ki, vitse-admiralı uzunmüddətli həbsdən məhz Rusiyadakı qohumlarının əlaqələri xilas edib. Bu əlaqələr Sultanov üçün bir növ “xilas kəməri” rolu oynayıb.
Onu da yada salaq ki, vitse-admiralın həbsindən sonra onun vəkili Adəm Məmmədov və həyat yoldaşı İradə Sultanova mətbuat konfransı keçirmişdilər. Həmin konfransdakı çıxışı zamanı Sultanova belə bir fikir səsləndirmişdi: “Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdilər. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər. Qurban olum prezidentimizə ki, Vladimir Putin bura gələndə o da gəlib hər şeyi gözləri ilə gördü. Şükürlər olsun ki, Şahin onların üzünü ağ etdi”.

Belə məlumatlar da var ki, cinayət işinə xitam veriləcək. (musavat.com)
Qeyd edək ki, dünən azadlığa çıxan vitse-admiral Şahin Sultanov bir daha çünahsız olduğunu, hərbi rütbəsinin alınmadığını deyib: “Mən həmişə haqqqın qələbə çalacağına inanırdım. Dövlətimizin və xalqımızın yolunda həmişə əsgər kimi dayanmağa hazıram. Çox sağ olun. Ailəm üçün darıxmışdım. Bayram öncəsi ailəmin yanında olduğum üçün çox sevinirəm. Azadlığa çıxdığıma sevinənlərə təşəkkür edirəm”.

Şərhlər