Menu

“Neftin qibləsi”ndən 2015-ci il üçün proqnoz

26.12.2014, 12:59
“Neftin qibləsi”ndən 2015-ci il üçün proqnoz

Səudiyyə Ərəbistanı 2015-ci il büdcəsini 80 dollarlıq neft qiymətinə görə hazırlayır. Bunu krallığın keçmiş iqtisadi məsləhətçilərindən biri deyib.

Doğru olması halında bu xəbərin bazarda optimizm yaratması gözlənilir.

Yeri düşmüşkən, Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin baş iqtisadi məsləhətçisi olan John Sfakianakis, təxminin 103 dollardan bu səviyyəyə endiyini qeyd edib.

Maliyyə Nazirliyindən bu gün verilən açıqlamada, dünyanın ən böyük neft ixracatçısının 2015-də büdcə xərclərinin təxminən 860 milyard riyal (229 milyard dollar), gəlirlərin isə 2014-dəki 1.046 trilyon riyaldan 715 milyard riyala geriləyəcəyi qeyd edilib.

Neft gəlirləri 2014-cü il büdcəsinin 89%-ni təşkil edir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol