Menu

Atasının 7300 dollarını oğurlayan şəxs saxlanılıb

13.12.2025, 14:15
Atasının 7300 dollarını oğurlayan şəxs saxlanılıb

Qubada atasının 7300 dollarını oğurlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, rayonda evdən 7300 dolların oğurlanması ilə bağlı polisə müraciət edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə üzvü olduğu müəyyən edilib. O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol