Menu

Əvvəlcə "müəllim" adlandırdı, sonra... - Həbibbəylinin Ramiz Mehdiyev "səhvi"+ VİDEO

18.12.2025, 21:25
Əvvəlcə "müəllim" adlandırdı, sonra... - Həbibbəylinin Ramiz Mehdiyev "səhvi"+ VİDEO

“Ramiz Mehdiyevin müstəqil dövlətçiliyə qarşı etdiyi hərəkətlər onun Akademiyaya üzv qalmasına imkan vermir”.

"AzPolitika" xəbər verir ki, bunu bir neçə gün öncə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

İsa Həbibbəylinin açıqlamasında diqqət çəkən məqam odur ki, o, videoda əvvəlcə “müəllim” ifadəsini işlədir, bir neçə saniyə sonra isə həmin anlayışı konkret adla – Ramiz Mehdiyevlə əvəz edir.

Əslində İ. Həbibbəylinin bu düzəlişi təsadüfi deyil. Çünki uzun illər Azərbaycan siyasi və akademik mühitində Ramiz Mehdiyev “müəllim” kimi təqdim olunub, bu ad onun ətrafında toxunulmazlıq və xüsusi status formalaşdırıb. Həbibbəylinin isə bu ifadədən imtina edib birbaşa ad çəkməsi, R. Mehdiyevin həmin statusunun artıq keçmişdə qaldığını göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər kimi cinayətlərdə ittiham olunan “boz kardinal” barəsində 2 ay əvvəl ev dustaqlığı qətimkan tədbiri seçilib.

"AzPolitika.info"


Şərhlər

Rr 2025-12-19 06:24:54

Hebibbeyli, akademiyaya sehv düshüb ))) derdeee

Mubariz 2025-12-18 17:29:43

Artıq Ramiz tarixin zibil yeşiyinə atılmış adamdır ,onun haqqında kı ,məlumatlar belə ajiotaj yaratmır ,fikir verirsə sadə insanları belə şoularla aldatmağın çətin olduğunu hamı başa düşməkdəədir ,sadəcə yuxarılarln çəkişməsinin nəticəsidir ,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol