Menu

Bidzina İvanişvili siyasətdən getdi

24.11.2013, 14:25
Bidzina İvanişvili siyasətdən getdi

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, bu bəyanatla “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında çıxış edib.

“Mən çox effektli hökumət qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacam”, - Bidzina İvanişvili deyib.

İvanişvili bildirib ki, partiyanın sədri hazırkı baş nazir İrakli Qaribaşvili olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol