Menu

Maskın "Stralink"i təhlükədə - Rusiyanın hədəfində ola bilər

24.12.2025, 12:54
Maskın "Stralink"i təhlükədə - Rusiyanın hədəfində ola bilər

NATO-ya üzv iki ölkənin kəşfiyyat qurumlarının birgə açıqlamasına görə, Rusiya Qərbin Ukraynaya dəstəyində mühüm rol oynayan kosmik üstünlüyünü zəiflətmək məqsədilə yeni peyk əleyhinə silah üzərində işləyir. 

Məlumata görə, bu silah amerkialı işa adamə İlon Maska məxsus "Starlink" peyk şəbəkəsini hədəf ala bilər.

Qərb kəşfiyyatının məlumatlarında bildirilir ki, sözügedən silah eyni anda çoxsaylı peyki sıradan çıxarmaq potensialına malikdir. Mütəxəssislər belə bir sistemin təkcə "Starlink" üçün deyil, ümumilikdə kosmosda fəlakətə səbəb ola biləcəyini vurğulayırlar.

Ekspertlər Rusiyanın bu silahdan istifadə etməsinin öz peyk sistemlərinə də ciddi zərər verə biləcəyini qeyd edir. 

Kreml məsələ ilə bağlı rəsmi şərh verməsə də, Moskva daha əvvəl Ukraynaya xidmət edən kommersiya peyklərini “legitim hədəf” saydığını açıqlamışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol