ABŞ-nin Venesuelaya hücümu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplanır.

CNN xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes deyib.

O, ABŞ-nin hava hücumu ölkə üzrə şəhər infrastrukturuna ciddi təsir edib.

Nazirin sözlərinə görə, ABŞ hərbi helikopterlərindən Karakasdakı "Fort Tiuna" hərbi obyektinə raketlər buraxılıb.

Lopes qeyd edib ki, hazırda hökumət ABŞ-nin hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplayır. Nazir "Venesuelanın xarici qoşunların öz ərazisindəki mövcudluğuna müqavimət göstərəcəyini" bildirib.

"Bu müdaxilə ölkənin üzləşdiyi ən böyük özbaşınalıqdır", - nazir əlavə edib.(report.az)

Qeyd edək ki, Venesuelanın müdafiə nazirinin öldürüldüyü bildirilsə də, məlumat təkzb olunub. 

"AzPolitika.info"