Menu

"SAĞ OLDUQLARINA DAİR SÜBUT TƏQDİM ET" - Rodriges Trampa müraciət etdi

03.01.2026, 14:35
"SAĞ OLDUQLARINA DAİR SÜBUT TƏQDİM ET" - Rodriges Trampa müraciət etdi

Venesuela hökuməti ABŞ-dən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə istinadən yazır.

"Delsi Rodriges dövlət televiziyasında çıxış edərək, Nikolas Maduro və həyat yoldaşının yerinin məlum olmadığını bildirib və ABŞ prezidenti Trampdan onların sağ olduğuna dair sübut təqdim etməsini tələb edib", - məlumatda deyilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol