ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Venesuela prezidenti Nikolas Maduronun Amerikanın "İvo Jima" gəmisində çəkilmiş şəklini paylaşıb.

"Nikolas Maduro "USS Iwo Jima" gəmisində", - deyə, Tramp yazıb.

Tramp paylaşımında Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində saxlanıldığını və hazırda Amerika nəzarətində olduğunu bildirib. 

Paylaşım Maduronun ələ keçirilməsindən sonra ABŞ administrasiyası tərəfindən yayılan ilk vizual material kimi diqqət çəkib. 

Fotoda Maduronun boz rəngli idman kostyumu və qulaqcıq taxdığı görünür. Onun qoluna qandall vurulub, əlində plastik şüşə var. Gözləri isə qara maska ilə örtülüb.

Onun yanında üzü görünməyən başqa bir adam dayanıb.