Menu

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

27.12.2014, 10:58

stop-nishaniBu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən “Ramstore” yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır.

Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol