Menu

36 yaşlı məmurun meyiti qardaşının evində tapıldı - FOTO

05.01.2026, 10:54
36 yaşlı məmurun meyiti qardaşının evində tapıldı - FOTO

Cəlilabad rayonunda evdən kişi meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti ötən gün şəhər ərazisində qardaşına məxsus evdə aşkar edilib.

Qeyd edək ki, Z.Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini imiş.

Onun həyatına qəsd etdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol