ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukraynaya xərclənən bütün vəsaitləri geri alacaq.
O, bunu mətbuat konfransı zamanı bildirib.
Amerika lideri vurğulayıb ki, ABŞ hazırda Ukraynadakı müharibəyə heç bir vəsait sərf etmir.
Tramp inanır ki, ABŞ Ukrayna ilə mineral sazişi vasitəsilə Ukraynaya xərclənən bütün vəsaitləri geri ala bilər.
"Nadir torpaq metalları üzrə müqavilə bağladıq, nadir torpaq metalları sektoruna daxil olduq və bu pulun çox hissəsini geri qaytaracağıq. Bəlkə də hamısını, bəlkə də hamısından daha çoxunu", - deyə o bildirib.
Tramp həmçinin Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının əldə olunacağına və bunun yaxın gələcəkdə baş verəcəyinə ümid etdiyini bildirib.
"AzPolitika.info"

Şərhlər