Menu

"Qəbələ" Keytanın transferini açıqlayıb

05.01.2026, 20:52
"Qəbələ" Keytanın transferini açıqlayıb

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb. Klubdan verilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də 33 nömrəli formada çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol