Venesuela hakimiyyəti silahlı qüvvələrin səfərbər edildiyini elan edib.

Bununla bağlı xarici KİV-də məlumat yayılıb.

Bildirilir ki, neft sənayesi və digər sənaye sahələrinin işçiləri üçün hərbi rejim tətbiq edilib.

Qeyd edək ki, Venesuela xarici işlər naziri İvan Gil-Pinto da öz "Telegram" hesabında məlumat verib ki, , Prezident Nikolas Maduro milli müdafiə planlarının həyata keçirilməsini əmr edib, əhalinin və dövlət qurumlarının qorunması üçün bütün ölkə üzrə səfərbərlik barədə fərman imzalayıb.

Venesuela hökuməti bütün ictimai və siyasi qüvvələri səfərbər olmağa, ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

Xatırladaq ki, ABŞ xüsusi əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi həbs edib. Onlar bu gün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Venesuelanın müvəqqəti hökuməti isə Maduro və həyat yoldaşının ölkəyə qaytarılmasını tələb edir.

"AzPolitika.info"