“Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir”.
“AzPolitika” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda o da bildirilib ki, sözügüdən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma və s. imkan verib.
"Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”", - Nazirlikdən bildirilib.
“AzPolitika.info”

Şərhlər
Bunu yazana nə demək olar? Bizim kənddə belə danışana deyərdilər ki"Sənin söz qabına neyləsinlər"
....,toxun acdan ne xeberi
Suala cavab vermək əvəzinə statistikaları səsləndirirlər.
Bunlar ədədi, həndəsi silsilənin nə olduğunu anlayırlar ki.bu barədə nəsə düşünə bilsinlər.Bir qrup qarışıqmilli savadsızları yığıblar.vəzifə veribər ki.xalqa əziyyət versinlər.baş aldatsınlar..Xalq da səsini polis zorakılğı qorxusundan səsini çxıara bilmir.Çinki insan yaşamaq,evladlarının yanında qalmaq istəyir.
İşsizlik baş alıb gedir.İşıq,Qaz,Neft özmüzdə ola-ola kimitidə biz veririk.Günügündə pisləşir Xalqın Vəziyyəti.Zavovodlar Fabriklərin əvəzində barlar,kazinolar kafelər əxlaqsız yuvaları artıb.Xalq Azadlıq İstəyir.✊️Azadlıq Azadlıq Birdə Azadlıq✊️
Men səhiyyə iwvisiyem 8 saat iw saatim ve butun klgunude komputer arxasında 363 manat maaw aliram 186manat kredit tutur. Veziyyet urek acan deyil. Emek haqqlari qalxmamiw her weyi qaldırıblar milleti zülme qoyublar. 80 zaif tebeqe yoxsulluq icindedir. İNSANLARA bu qeder əziyyət vermeyin hecne evedi deyil bu heyatda
Сколько можно, одни те же обещания. Не нужнот теребить каждый раз о повышении пенсий за полгода до получения проиндексированных сумм. Не путайте повышение с индексацией в соответствии с инфляцией и ростом цен на продукты, коммунальные услуги, интернет.
Bütün bunlar sistemin çürüdüyünü və həm də çürük əsaslar üzərində qurulduğunnu sübut edir.Xalqı azq günə salmaqdan bu iqidar həzz alır.Baxın görün Azərbaycanda bizdən olmayanar necə yaşayır.Hamısı nslən vəzifələrdə.yüksək maaş və təqaüd alırlar.
Görəsən hansı məmur 336.58 qəpik ilə 1 ay dolana bilər?
Hökumət adamların yalnız yaltaqlıq etdiyindən başqa heç nə görmürəm
İnşəallah çox çəkməz Müzəffər dövlətimiz bizi sevindirər.
Belə yaşayış olmur 10 manat 20 manat mayış qalxır 100 manatdan çox pradukt qalxır necə yaşasın minumum mayış alan insan vətandaşın dərdiylə maraqlanan yoxdu.Bu millət necə yaşayır.
Menim maawim son bew ilde 200 manata yaxin awagi duwub hansi artimnan sohbet gedir 2020 de 680- 720 m maaw alirdim indi bezen 490 manat aliram harsi artibsa bunun daha bilmirem bir o qederde infilasiya yiyir pulumuzu bes biz nece dolanag aldigimiz mevacibin 80 faizi kamunala gedir . Azersuda isdiyirem . Hele bizi aldadib dercelerinizide kesdiler cenab Prezident bu iwderede nezer salsa yaxwi olar
Gün olsun deputatlar da 300 manat pensiyanın ümüdünə qalsınlar, hər şeyin qiyməti 100 faiz qalxıb, 20 man. Pensiya qalxsa nolacaq ki
Mən ailə başçısın itirmiş bir qadınam 2 evlad saxlayıram
Atasizliqa görə pensiya alıram ama çox azdır
Günü gündən də ərzaqların kominalların qiymətin qaldirirsiz belə yaşamaq olar?
Sosial üçün müraciət edirsən deyirlər işləməlisən
Bir normal iş yeridə yoxdur
Tək qadın başıma nə edim mən
Bir oğlum var onuda əsgər aparıblar özümdə xəstəliklə bağlı muavinət alıram 180 manat 3 qrup tək qadınam niyə əsgər anasına baxılmır
Mənim övladım orda əziyyət çəkir anası burda niyə görə mən bu aydan o aya çıxa bilmirəm borc xərc evladimin yanına gedə bilmirəm
Boş boş danisiqlara qarnimiz toxdur. Artiq ne sizlere ne de hokymete bu xalq inanmir, çünkü her şeyi her kes öz derisinde hiss edir. Sizin işiniz ancaq boş hava pompalamaqdir
AY DSMF İNSANLARI ƏLƏ SALMAYIN.TƏQAÜDÜ ƏDƏDİ,QİYMƏTLƏRİ HƏNDƏSİ SİLSİLƏ İLƏ ARTIRIRSINIZ.AR OLSUN.
Социальное пособие при недостатке стажа не повышается уже 2года. У меня стаж, почти 20 лет. Получаю 220 манат. А кто не работал ни одного дня и вышел на пенсию до принятия этого закона, получают нормальную пенсию. Где социальная справедливость?
Bu milleti Pis vezyetde qoymusuz.ay dovlet.65yawa kimi milleti iwledirsiz.Hec olma duwunurlermi 65yawa kimi adam qalitmi.Yaziq gundedir bu millet.Memurlarin ne vecine Yeyib icib Otururlar Kasibdan ne xeberleri var..Pensiya.maaw guya coxaldirlar erzaqi 2qat qaldirirlar.Guya ele bilirler cammatin agli yoxdur..
Salam olsun aylığ pensiyamız 80 manatdı hansı bir məmur 80 manatla ailə saxlaya bilər hə kiriditdə bir tərəfdən tutur olarda biraz gecikmə olanda heç 80 manatıda vermək isdəmilər toxun acdan nə xəbəri ehh 5 ildiki muharibədən gəldim nə bir yardım nə bir kömək gördüm yenədə vətən sağ olsun deyib yaşayıram neyliyim mənimdə alnıma bu yazılıb
Hər kim ki, camaatın haqqını yeyir burnundan pilitə pilitə gəlib tökülsun əzizlərinin ehsanı olsun.
3cü qurup əlillərin pensiyası hələ də 180 manatdır özlərinə qismət olsun əllillik sonra bizim nə çəkdiymizi bilərlər.180 mta nə almaq olur bu dövrdə hər şey baha.
İstəmirik pensiyanı qaldırmayın nədə ki, başqa qiymətləri.
Yaxşı olardı ki əmək haqqlarını artırardız
Marketlərə girmək olmur hər şey baha hələ qaldira qaldıra gedirlər... Kommunal xərclər qalxdı yol pulu qalxdı bu kasıb təbəqəni də fikirləşmək lazımdı hələ də elə ailələr var ki evinə cörək ala bilmir ailəsini dolandıra bilmir Deputatlarımız xalqıın yaşayışını da fikirləşməlidirlər uygun qərarlar verməlidirlər özlərinə sərf efən qərar yox.
Bu ölkədə yaşamırıg sürünürüy.. Nə vaxta kimi olacaq bu çətinliy camaatı fikirləşən yoxdu.heeç olmasa qazın limitini ləgv eləsinlər. Qaza verilən artıg pullar ehtiyacımızı ödiyərdi.
Siz dəqiq Azərbaycandan danışırsız? ölkəni savadlı bilikli insanlar dolanışıq ucbatından tərk edib gedir,siz bunun fərqindəsiz?
Ölkədən dolanışıq üçün baş götürüb gedənlərin sayına baxdıqda Azərbaycanda əhalinin sosial vəziyyətinin nə yerdə olduğu açıq aşkar görünür.indi Stalin dövrü deyilki insanları özünə sərf edən propaqanda ilə idarə edəsən.internet dövrüdür və her kəs hər şeyi çox gözəl görür və anlayır
Sovet dövründə, yəni 2006 cı ilə qədər pensiyaya çıxan müəllimlərin pensiyası 2006 cı ildən sonra pensiyaya çıxanların pensiyasından xeyli azdır,bu ədalətsizlik deyilmi,həmin müəllimlər öz peşələrini daha vicdanla yerjnə yetirib,şadirdlərini repititor yanına göndərməyib,öz biliklərini maksimum şagirdlərinə öyrədib və vicdanla öz işlərini yerinə yetiriblər,amma pensiya fərqi onların əməyinə düzgün qiymət verilmədiyini göstərir, bu fərq nə vaxt aradan qaldirilacaq
İnsanların yaşayışı günü-gündən pisləşir. Heç kim özünü sındırmaq istəmir. Yaxşı yaşayırmış kimi özünü göstərir. Amma əsl vəziyyət bərbaddır. İnsanlar həm psixoloji həm də yoxsulluqdan əziyyət çəkirlər.
Qiymetler keçən ilde 2defe qalxib amma maaş artimi olmadı indi yenə il deyisdi her şey qalxdi amma maaş hələdə deyen yoxduki neqeder qalxacaq
Verdikleri pul komunalla yeniden dovlete qayidir.
Nə vaxta qədər millətin gözünə kül üfürəcəksiniz? Heç ekran qarşısına çıxıb danışanda utanmırsınız? 7-8% pensiya və maaş artırsa, ondan bir neçə ay əvvəl ərzaq məhsulları, komunal xidmətlər, yanacaq və digər məhsulların qiymətləri 35-40% artırılır.
Yaxşı ki son 35 ildə demədi.sosial müavinət 180 manatdır hələ də.yasayis minimumu isə 300 manatdı.yasayis minimumu 300 manat olduğu halda niyə 3-qrup əlil 180 manat alır?
Nazzirlik keçən beş ildə arzaq və xidmətlərin nə qədər və ya neçə dəfə bahalaşdığını niyə qeyd etmor?
Son 7 ildəki qiymət artımları nı da deyin camahatı qoyun yerinə qoymusuz
siz hər şeyi qaldirmiaiz yanacagda qalxib ərzagda qalxib ama maaş hələdə yerindədi maaşıda qaldirsinlar da 550 manata aylə saxlamag olar? iki il sosiyal aldim onuda dövlət cox qördü məmə ama 18 yaşa çayan kimi osahat paviska qəlir ki qet vətəni qoru vətənə qalsa bəli tazi olaram qedsin qorusun ama o qedib Hakkimizi yeyənləri qorusa heç vaxt qoymaram qedə əskərliyə çünki dövlət mənə və ya balalarima heçnə etmiyib ....
Qiymətlər sabit saxlamaq ilə pensiya və müavinətlərin sabit saxlayın əsl islahat olsun. Yoxsa özümüzdən alıb bir hissəsini özümüzə verməyə nə vaxtdan islahat deyilir?