Menu

PENSİYALAR GECİKƏCƏK - Bu tarixdə veriləcək

09.01.2026, 21:03
PENSİYALAR GECİKƏCƏK - Bu tarixdə veriləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

"AzPolitika" xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-10-u verilirdi.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb.

Şərhlər

Elnare Qasimova 2026-01-15 11:25:41

Ay millet islemeyene sosial vermeyen isleyene evi seraiti masini.olana sosial yardim veren memurlardan ne gozleyirik

Təqaüdçü 2026-01-14 21:52:43

baccarıqsızlar iş başında olanda belə olur

Azad Aydın 2026-01-13 10:51:26

Bir pensiyanı düz əməlli verə bilməyənlər, uşaq pulunu verən Ermənistanı bəyənmirlər?!Hələ işdən çıxardılan yüzlərlə isciləri demirəm.Ali təhsillə gedib ustalıq edəcəksə nəyimə lazımdır Vətən də təhsil?

Murad 2026-01-10 16:05:17

Biz dözumlu xalqig

1-inci qrup əlil 2026-01-10 13:16:54

Verilən pensiya və təqaüdün demək olar ki yarısı dərmanlara gedir yaşamaq çətindir ailəni dolandıra bilmirik. Prezident təqaüdünün artırılmasını xahiş edirik

Ramin 2026-01-10 00:43:10

Bu millete niye zulm verirsiniz?

Təqaüdçü 2026-01-09 2026-01-09 23:15:36

Güyabu artım sayılır ki? 2ay öncə bahalaşmalara baxın.Urəyiniz,əliniz gəlmir bir az normal artirasınız

Təqaüdçü 2026-01-09 13:18:37

Bəs bahalaşva faizi nə qədərdir?Burada uyğunluq nitə gözlənilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol