Menu

ABŞ Putini oğurlamağa hazırlaşmır - Tramp Kremli “sakitləşdirdi”

10.01.2026, 12:17
ABŞ Putini oğurlamağa hazırlaşmır - Tramp Kremli “sakitləşdirdi”

ABŞ Venesuela Prezidenti Nikolas Maduro kimi, Vladimir Putini də qaçırmağa ehtiyac duymur.

“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp “Fox News”-a açıqalmasında deyib.

Aparıcı Trampdan Rusiya Prezidentinə qarşı oxşar bir əmr verib-verməyəcəyini soruşub.

"Düşünmürəm ki, buna ehtiyac var", - deyə Amerika lideri cavab verib. O, yenə də Putinlə yaxşı münasibətlərinin olduğunu deyib, lakin ondan məyus olduğunu əlavə edib.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlara münasibət bildirən ABŞ Prezidenti deyib: "Nəticədə bunu həll edəcəyik. Bunu daha tez edə bilməməyimiz təəssüf doğurur".

Maraqlıdır ki, Tramp Putinin Maduro kimi oğurlanmasını birmənalı istisna etməyib, yaxud bunun mümkünsüz olduğunu söyləməyib, sadəcə, buna ehtiyac olmadığını deyib…

“AzPolitika.info” 

Şərhlər

Şəfayət 2026-01-10 16:32:25

Tahirlə şərikəm. Ürəyimdən gələn sözləri o yazıb.

Tahir 2026-01-10 13:58:09

Öl boyunu yerin yeddi qatına soxum ay Putin. Gör nə günlərə qaldın ki, Tramp dünya elan edir ki, Rusiya kimi fövqəldövlətin prezidentini qonşunun çil toyuğu kimi istəsək oğurlaya da bilərik, oğurlamağa da bilərik. Yən keyfimizə münasib..... Ayə öl yerə gir az Putin, az Rusiya....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol